Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Bakı Ağır Cinayətlər Məhkəməsində İntiqam Səfərəliyevin milyonlarla manat dələduzluq ittihamı ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxs, Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vədlər verərək onun maliyyə vəsaitlərini ələ keçirməkdə ittiham olunur.
Minval.info xəbər verir ki, iclasda hakim Kamil Əliyevin sədrliyi ilə tərəflər arasında sual-cavablar aparılıb. İntiqam Səfərəliyevin vəkili, zərərçəkən tərəfin vəkilinə suallar ünvanlayaraq, cinayət işində adı keçən Abid Mamedovla İntiqam Səfərəliyevin iş birliyinin olub-olmaması məsələsini aydınlaşdırmağa çalışıb.
Prosesdə vurğulanan əsas məqamlardan biri də İntiqam Səfərəliyevin xəbəri olmadan Abid Mamedov tərəfindən zərərçəkən iş adamına qarşı törədilən əmələ cəlb olunması ehtimalıdır. Növbəti məhkəmə iclası oktyabrın 16-na təyin edilib.
Xatırladaq ki, İntiqam Səfərəliyev “AzFinance İnvestisiya Şirkəti”nin direktoru vəzifəsində çalışıb və 15 ildən çox idarəçilik təcrübəsinə malikdir. O, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur və barəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulan Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş