25.01.2019 - 22:07
İdman 3 baxış

Millimizin iki oyununun stadionu dəyişdirilib

Millimizin iki oyununun stadionu dəyişdirilib.

Trend-in məlumatına görə, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq,

Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisinə qarşı keçirəcəyi oyunlar “Bakcell Arena”da təşkil olunacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: