Millimiz qələbəni son dəqiqələrdə əldə verdi

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.
“Minval.info” xəbər verir ki, Azərbaycan millisi də A qrupunda 4-cü matçına çıxıb.
Yığmamız səfərdə İrlandiya yığması ilə qarşılaşıb. Dublində keçirilən matçda hesabı millimiz açıb. İlk hissənin son dəqiqəsində Emin Mahmudov fərqlənib. İkinci hissədə təzyiqi artıran meydanb sahibləri matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirib – 1:1. Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, Canni de Byazinin yetirmələri keçirdiyi 4 oyundan sonra 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb.
DÇ-2022-nin seçmə mərhələsi
V tur, A qrupu
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan – 1:1
Qol: Şeyn Daffi, 87 – Emin Mahmudov, 45+1
Baş hakim: Cerom Brisar (Fransa)
Dublin. “Aviva” stadionu
İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman, 4. Şeyn Daffi, 5. Con Eqan, 6. Josh Cullen 7. Mett Doerti, 11. James Mclean, 17. Jayson Molumby, 21. Aaron Connoly, 10. Troy Parrot, 9. Adam İdah
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 8. Konor Hurihan, 12. Kallum Robinson, 13. Ceff Hendrik, 14. Alan Braun, 15. Daril Horqan, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Ronan Kurtis, 22. Andryu Omobamidele
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 18. Anton Krivostsyuk, 4. Höccət Haqverdi, 14. Elvin Bədəlov, 5. Maksim Medvedev, 17. Toral Bayramov,2. Qara Qarayev, 8. Emin Mahmudov, 20. Filip Ozobiç, 7. Namik Ələskərov, 10. Mahir Emreli,
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?