Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin dekabrın 30-da keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.
Minval.info xəbər verir ki, iclasın gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.
İclasda müzakirə olunacaq layihələr aşağıdakılardır:
1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Milli Məclisin qərar layihəsi.
2. “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.
4. “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanununun layihəsi.
6. “Media haqqında” qanun layihəsi (üçüncü oxunuş).
7. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
8. Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
9. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin Müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu