Milli Məclisin deputatı: “Orqanlarımı bağışlamışam”
“2012-ci ildə Neftçilər Xəstəxanasında Qaraciyər transplantasiyası şöbəsinin açılışı ilə əlaqədar keçirilən tədbirdə rəsmi şəkildə elan etdim ki, orqanlarımı bağışlamışam”.
“Minval.info” xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov “Report”a müsahibəsində deyib.
“Ola bilər ki, o zaman deputat olmadığıma görə bu məsələ diqqət çəkməyib. Bunu hansısa mediatik görüntü üçün deməmişdim, inanaraq demişdim. Özümüzə nə arzu edirik? Sağlam və uzun ömür… “Uzun ömür”deyirik, “ömürlük”, “sonsuz” demirik… Kaş orqanlarımız o qədər sağlam olsun ki, uzun müddət yaşa bilək, ömrü başa vurduqdan sonra isə orqanlarımızı verdiklərimiz fayda görsünlər. Ailəm, övladlarım, qohumlarım, dostlarım bilsinlər ki, insanlara fayda verə biləcək bütün orqanlarımı bağışlamışam” deyə millət vəkili bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda texnologiya universiteti təklifi gündəmdə
Bakıda yeni M7 ekspress marşrutu istifadəyə verilir
Bakıda qadın avtomobilə hücum etdi - Video yayıldı
Bakıda xəyanətə qəzəblənən qadın maşınını dağıtdı
Azərbaycandan Ermənistana 16 vaqon dizel ixracı
Güzəştli mənzillərin rəqəmsal satışı uğurla tamamlandı
Azərbaycan neftinin qiyməti 104 dollara düşdü