Milli Məclisdə AZƏRTAC-ın intihar etmək istəyən müxbirindən danışıldı
“AZƏRTAC-ın keçmiş müxbiri Aygün Əliyeva mediada açıqlama verərək intihar edəcəyini bildirib. Mən o müxbirlə əlaqə saxladım dedim ki, çalışacağam sənin hüquqlarını müdafiə edim”.
Bakupost.az xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında deyib.
“Mən demişdim ki, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmamalıdır. AZƏRTAC isə publik hüquqi şəxsdir və oranın rəhbərliyi siyasi tərəf tuta bilir. Aygün Əliyeva öz adı ilə yox, başqasının adı ilə Operativ Qərargahı tənqid edən yazı yazıb deyə araşdırıb onu işdən çıxarıblar. Bu qadının siyasi motivlərlə işdən çıxarılması məhkəmə qərarları ilə də görünür. Hesab edirəm ki, məhkəmə sistemində nizam-intizam yaradılmalıdır”, – deyə deputat bildirib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var