Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.
APA-nın məlumatına görə, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclas da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?