Milli Məclis deputatların diplomatik pasportunın geri alınmaması ilə bağlı məsələni müzakirə edə bilər
“Azərbaycanda deputat seçilir. Onun səlahiyyət müddəti başa çatandan sonra isə onun diplomatik pasportu geri qaytarılır”.
Minval.info-nun xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 1995-ci ildən bəri parlamentdən kənarda qalan belə şəxslərin sayı 150-200 nəfər olar: “Onların çoxu dünyasını dəyişib. Onların diplomatik pasportunun geri alınmaması ilə bağlı düşünmək lazımdır”.
Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, deputatın diplomatik pasportu ilə bağlı müddəalar “Deputatın statusu haqqında” qanunda əksini tapıb: “Əgər deputatlar tərəfindən də belə bir məsələ ilə bağlı təkliflər olsa, buna komitədə baxıla bilər”.
Spiker Sahibə Qafarova da deputatların bir neçə dəfə bu məsələni qaldırdığını bildirib: “Bu məsələni ona görə də nəzərə almaq olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu