Milli Məclis deputatı jurnalisti söydü, orduya isə hörmətsizlik etdi
Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib.
Minval.info xəbər verir ki, modern.az-ın əməkdaşı “Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualı ilə Milli Məclisin hərbçi deputatına müraciət edib.
Deputat Əliağa Hüseynov müxbirimiz zəng edərkən telefonu açıb, sualı dinləyib və gözlənilmədən jurnalistin və Ordunun ünvanına təhqiramiz ifadələr işlədib:
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
“Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deyərək telefonu qapadıb.
Deputatın gözlənilməz münasibətindən təəccüblənən müxbir onun hansı səbəbdən belə cavab verdiyini aydınlaşdırmaq üçün bir qədər sonra yenidən zəng edib. Lakin Əliağa Hüseynov telefonu açmayıb.
Qeyd edək ki, Əliağa Hüseynov əvvəllər də jurnalistlərə qarşı kobud davranış sərgiləyib.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Onun jurnalist zəng edən zaman hansı vəziyyətdə olduğunu deyə bilmərik. Amma istənilən halda ölkənin ali qanunvericilik orqanının mandatını daşıyan bir şəxsin bu cür davranış sərgiləməsi min kərə təəssüf doğurur…
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı