MFL rəhbəri Azərbaycan millisinin üzvlərini təhqir etdi - Foto
AFFA-nın dəstəyi ilə keçirilən Mini Futbol Liqasının (MFL) rəhbəri Ayaz Əhmədov Azərbaycan komandasının üzvlərini təhqir edib. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yazılan statuslardan birinə rəy bildirən Əhmədov həmçinin baş məşqçi Qurban Qurbanovun istefasının lazım olduğunu bildirib.
AFFA-nın baş katibi Elxan Məmmədovun istefasını istəyənlərə irad bildirən liqa rəhbəri təhqirlə milli komandanın üzvlərini baş katibin yığmaya çağırmadığını deyib.
Qurban Qurbanovun istefasına dəstək verənlərdən biri də “Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovdur. Ayaz Əhmədovun yazdığı rəylərə Qəhrəmanov da təkan verib.
Yazışmaların və rəylərin fotolarını sizə təqdim edirik:
Qeyd edək ki, Ayaz Əhmədovun AFFA-nın baş katibi Elxan Məmmədovun qohumu olduğu deyilir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi