Metronun “Xətai” stansiyasının yenidən istifadəyə veriləcəyi tarix açıqlanıb
“Bakı Metropoliteni” QSC-nin təmirə dayandırılmış “Xətai” stansiyasının avqustun 10-da yenidən istifadəyə verilməsi planlaşdırılır”.
Bunu “Report” açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Hazırda stansiyada müəyyən edilmiş plana uyğun olaraq təmi işləri aparılır. İşlər çox sürətlə gedir və belə davam edərsə, stansiya daha tez sərnişinlərin ixtiyarına veriləcək”, – deyə o, qeyd edib.
B.Məmmədov “Xətai” stansiyasının xarici görünüşündə dəyişiklik edilməsi ilə bağlı işlərin görüldüyünü də qeyd edib: “Stansiyada Şah İsmayıl Xətai ilə bağlı mövcud mozaikanın yenilənməsinə ehtiyac var idi. Bu işlə peşəkar səviyyədə məşğul olan şəxslər dəvət edildi və bərpa işləri uğurla yekunlaşdı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?