Metro sərnişinlərinin nəzərinə: İş qrafiki dəyişdirilir
Novruz bayramı günlərində “Bakı Metropoliteni” QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.
Bu barədə minval.info-ya qurumun sözçüsü Bəxtiyar Məmmədovb bildirib.
O qeyd edib ki, bununla belə, şəhərin müxtəlif guşələrində keçiriləcək bayram şənlikləri, xalq gəzintiləri və paytaxta təşrif buyuracaq qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb:
“Bununla əlaqədar “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə uyğun olaraq, tədbirlər planı hazırlanıb.
Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə ehtiyat işçi qüvvəsi və texniki vasitələr, xüsusən zərurət yarandığı halda, xəttə çıxmağa hazır olan ehtiyat qatarlar nəzərdə tutulub”.
B.Məmmədovun sözlərinə görə, stansiyaların işçi personalının gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi üçün əlavə növbətçilik təşkil ediləcək: “Eyni zamanda stansiyaların rəhbər heyətinin növbəli iş rejimi tətbiq edilməklə, hər gün üçün növbətçilik planı tərtib olunub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?