11.10.2021 - 10:08
İdman
27 baxış
Messi Levandovskiyə çatdı

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XI turunda Uruqvayı qəbul edən Argentina millisi 3:0 hesablı qələbə qazanıb.
Minval.info xəbər verir ki, AzxeberSport saytının məlumatına görə, bu matçda ilk qolun müəllifi olan Lionel Messi dünya çempionatlarının seçmə mərhələlərində qol sayını 27-yə çatdırıb.
34 yaşlı superulduz bununla bombardirlər yarışında 5-ci pilləni bölüşən Robert Levandovski (Polşa) və Kazuyesi Miuroya (Yaponiya) çatıb. DÇ-nin seçmə mərhələləri tarixinin ən məhsuldar oyunçusu isə 39 topla qvatemalalı Karlos Ruizdir. İlk “dördlüy”ün digər sakinləri müvafiq olaraq Əli Dai (İran – 35 qol), Kriştiano Ronaldo (Portuqaliya – 33) və Kərim Baqeridir (İran – 28).
Qeyd edək ki, DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 6 qola imza atan Lionel Messi bombardirlər yarışında braziliyalı Neymarla birlikdə ikinci pillədədir. Ən məhsuldar oyunçu Marsel Morenonun (Boliviya) aktivində 8 top var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51