Messi Ispaniyada rekorda imza atdı
“Barselona” futbol klubunun kapitanı Lionel Messi İspaniyanın çempionatları tarixində rekord göstəriciyə imza atıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, o, bu ölkənin futbol tarixinə 11 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran yeganə oyunçu kimi düşüb.
Messi cari çempionatda artıq 21-ci qolunu vurub. Katalon klubu 22-ci turda, “Valensiya”ya qarşı matçda arqentinalı hücumçunun sayəsində (iki qol) məğlubiyyətdən yayınaraq, qarşılaşmanı 2:2 hesabı ilə başa vurub.
Hazırda “Barselona” 50 xalla turnir cədvəlinə başçılıq edir. Siyahıda ikinci yerdə Madridin “Atletiko” klubu qərarlaşıb. Bu komanda 21-ci oyundan sonra 44 xal toplayıb.
Qeyd edək ki, “Barselona” futbol klubunun kapitanı “Valensiya” ilə 2:2 başa çatan oyun zamanı bud nahiyəsindən zərbə alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?