Messi həbs oluna bilər: çirkli pul yumaqda ittiham olunur
Argentinalı prokuror Pablo Turano “Barselona”nin ulduzu Lionel Messini çirkli pul yumaqda ittiham edib.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq qrupu “Leo Messi” xeyriyyə fondunun fəaliyyətini yoxlamaq istəyir. Müfəttişlər fondun çirkli pul yumaqla məşğul ola biləcəyini istisna etmirlər. Fonddan offşor zonalarına pul köçürmələri da şübhələri artırır.
Prokuror xeyriyyə fondunun keçmiş işçilərindən biri ilə söhbət etdikdən sonra Messini ittiham edib. O, layihələr üçün ayrılan pulların təyinatı üzrə xərclənmədiyini iddia edib.
Qeyd edək ki, 2017-ci ildə İspaniyada Messiyə qarşı ittiham irəli sürülmüş və 4,1 milyon avro dəyərində vergidən yayınmaqda günahlandırılmışdı. Həmin vaxt Messi 21 ay müddətinə həbs oluna bilərdi, lakin hakim həbs cəzasını 250 min avro pul cəzası ilə dəyişdirməyi qəbul etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video
Futbolda dəhşət anları: futbolçunun boynu qırıldı (VİDEO)
İdmançımız Abu-Dabidə qələbə qazandı
"Yuventus" Ronaldodan İtaliyaya qayıtmağı tələb etdi
Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi
“Neftçi”nin “Qarabağ”a ittihamları əsaslıdırmı? - FOTOFAKT
Bakı-2019: Güləşçilərimiz rəqiblərinə aman vermir - FOTO