22.02.2019 - 10:17
İdman 3 baxış

Messi “Barselona”dan gedir

İspaniyadan idman aləmini silkələyən xəbər gəlib – Lionel Messi “Barselona”dan ayrılacaq.

Onun “Barselona” ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Lakin futbolçu 2020-ci ildə anlaşmanı birtərəfli qaydada poza bilər.

CNNTürk-ün xəbərinə görə, Messi uşaqlıq arzusu olan “Newell’s Old Boys” klubunun formasını geyinmək istəyir. Messinin Argentinada Rosarioda 300 kvadrat metrlik ərazidə villa tikdirməsi də deyilənləri daha inadırıcı edir.

İddiaya görə ulduz futbolçu “Qətər-2022”yə qədər “Newell’s Old Boys”da 6 ay oynayacaq və mundialdan sonra karyerasını başa vuracaq.(oxu.az)

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: