Meşələrimiz təhlükədə: Yanğın təhlükəsizliyi tədbirləri necə keçirildi?
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və Yevlax rayonu ərazisində yerləşən Cırdaxan Meşəbəylinin 2 saylı Meşə dolayında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri təşkil edilib. Bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilib.
Minval.info xəbər verir ki, tədbirlərdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri, yerli icra və özünüidarə orqanlarının üzvləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.
Çıxış edənlər meşə yanğınlarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin vacibliyini vurğulayıblar. Onlar, həmçinin, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, sahibkarların və istirahət edən şəxslərin odla ehtiyatlı davranmalarının və yanğın təhlükəsizliyi qaydalarına riayət etmələrinin əhəmiyyətini qeyd ediblər.
Tədbirlər zamanı mövzuya dair maarifləndirici materiallar paylanılıb və meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağstafada fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı
Ağstafada baş verən avtoqəza nəticəsində dörd nəfər xəsarət alıb
Afina mərkəzində güclü partlayış bina dağıntısına səbəb olub
Xəzərdə hərbçilərin ölümündə məsuliyyət daşıyan məmurlar həbs olundu
Trampa sui-qəsd cəhdində yaralanan şəxs vəfat etdi
Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb
Lənkəranda atalığın 3 yaşlı uşağa qarşı zorakılığı