Mersində 16 yaşlı qızın dəhşətli doğuşu
Türkiyənin Mersin şəhərində yerləşən Erdemli Dövlət Xəstəxanasında qeyri-adi və dəhşətli bir hadisə baş verib. 16 yaşlı bir qız qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib və həkimlərin müayinəsini gözləyərkən tualetə keçib.
Minval.info xəbər verir ki, iddialara görə, gənc qız burada gizli şəkildə doğuş edib və daha sonra körpəni zibil qutusuna ataraq xəstəxananı tərk edib. Hadisə tualeti təmizləyən işçinin zibil qutusundan körpə səsi eşitməsi ilə üzə çıxıb. İşçi dərhal xəstəxana rəhbərliyinə məlumat verib və körpə zibil qutusundan çıxarılaraq tibbi yardım göstərilib. Körpənin səhhətinin normal olduğu bildirilib.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb və nəticədə körpəni zibil qutusuna atan 16 yaşlı yeniyetmə saxlanılıb. Onun körpəni qəsdən öldürməyə cəhd ittihamı ilə həbs olunduğu bildirilir.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək