Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
Almaniyanın səhiyyə naziri Karsten Linneymann, Avropa İttifaqı (Aİ) ölkələrini səhiyyə sistemlərini mümkün hərbi münaqişələrlə əlaqəli böhranlara hazırlamağa çağırıb. Publika.az-ın məlumatına görə, bu barədə “Rapporteur” məlumat yayıb.
Nazir oktyabrın 11-də Berlində keçirilən Ümumdünya Səhiyyə Konfransında çıxış edərkən, səhiyyə siyasətinə yeni yanaşmanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avropanın səhiyyə sistemləri müharibə ilə əlaqəli böhranlara hazır olmalıdır. Linneymann qeyd edib ki, səhiyyə sahəsindəki siyasət, artıq təhlükəsizlik siyasətinin ayrılmaz bir hissəsidir və Avropa İttifaqına üzv ölkələr Ukraynada baş verən hadisələrdən dərs almalıdırlar.
Almaniya hökuməti, bu istiqamətdə müvafiq qanun layihəsi hazırlayır. Bu sənəd, səhiyyə sahəsində təchizat zəncirlərinin gücləndirilməsi, tibb işçilərinin daha yaxşı hazırlanması və informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsini əhatə edir.
Avropa İttifaqının Səhiyyə Sahəsində Fövqəladə Hallara Reaksiya İdarəsinin rəhbəri Florika Fink-Hoyer də konfransda çıxış edərək, kimyəvi, bioloji, radioloji və nüvə silahlarından qaynaqlanan təhdidlərin araşdırılmasının vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir
Türkiyədə siqaret satışında yeni qayda: şəxsiyyət vəsiqəsi tələb olunacaq
Tramp Nobel Barış mükafatına etirazını bildirdi
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq və gerb olacaq
Elmə əsaslanan tənzimləmə siqaret çəkənlərin seçimlərini yaxşılaşdırır