12.10.2026 - 13:34
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi
İqtisadiyyat 240 baxış

Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi

Publika.az-ın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 874 milyon manat ayrılıb. Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə pensiya ödənişlərinə ayrılan vəsait 10 faiz, yəni 548 milyon manat artıb. Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Oktyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 596 manata, yaşa görə orta aylıq pensiya isə 634 manata yüksəlib.

Yanvar-sentyabr aylarında 28 min yeni pensiya təyinatı həyata keçirilib. 2019-cu ildən başlayaraq elektron pensiya təyinatı sisteminin tətbiqi ilə 206 min pensiya təyinatı proaktiv şəkildə icra olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: