MDB Oyunları: Azərbaycan ilk günü 2-ci pillədə başa vurub

Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında Azərbaycanın yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulublar.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, yarışın 2-ci günündə pəhləvanlardan Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) qızıl, Qurban Qurbanov (72 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıblar.
Xanım əlcək ustaları isə mübarizəyə yarımfinaldan qoşulublar. Aysu ismayılova (48 kq) qazaxıstanlı Anita Adishevaya, İsgəndər Qızbəs (57 kq) özbəkistanlı Rano Muratbaevaya, Emili Rzayeva (63 kq) isə rusiyalı Kristina Galnikinaya uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında günü 2-ci pillədə başa vurub. İlk sırada 5 qızıl, 2 gümüş medalla Rusiya qərarlaşıb. İlk “üçlüy”ü isə 3 medalla (2 qızıl, 1 gümüş) Belarus tamamlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransanın idman nazirindən Türkiyə millisinin cəzalandırılması tələbi
Sumqayıtda keçmiş idmançı öldürülüb - Qətlin təfərrüatı
“Sumqayıt” - “Qəbələ” matçının sonlarında dava düşdü - VİDEO
VAR-la bağlı yeni qərar: hakim qərarını dəyişsə, nə olacaq?
“Qarabağ”la bağlı qərar açıqlandı
İngiltərə italiyalı azarkeşləri finala buraxmır - Reyslər ləğv olundu
Holand: "Mbappenin het-triki mənə xüsusi motivasiya verdi"