MDB Oyunları: Azərbaycan idmançıları daha 5 medal qazanıb

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha 5 medal qazanıb.
“MİNVAL.İNFO”un Kazana ezam olunmuş əməkdaşı xəbər verir ki, ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib.
Bundan əlavə, bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib çıxıb.
Qeyd edək ki, aktivində 3 qızıl, 1 gümüş və 7 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında ikinci pillədə qərarlaşıb. İlk sırada 5 qızıl, 2 gümüş və 6 bürünc medalla Rusiya yer alıb. İlk “üçlüy”ü isə 6 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) Belarus tamamlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ağac oğrusu həbs edildi
"Real"dan qələbə, "Liverpul"dan darmadağın - VİDEO
Zidanın azərbaycanlı oxşarı Rusiyada hamını başına yığdı - Video
Sevincdən stadionu yandırdılar – Video
Millinin baş məşqçisi Yurçeviç istefaya göndərilir? - Açıqlama
"Messi, mən səni sevirəm" deyən Sabirə nənə vəfat etdi - VİDEO