27.09.2018 - 15:01
Hadisə
23 baxış
Maşını təmir edən usta həlak oldu
Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Minval.info-ya verilən məlumata görə, sentyabrın 25-də saat 23 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində Dəqə Qorqud kənd sakini İlqar Rəşidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanmış Saatlı şəhər sakini Əfsər Hacıyevə məxsus “QAZel” markalı avtomobilə vurub və nəticədə “QAZel” yolun kənarındakı su arxına aşıb.
Həmin vaxt bu nəqliyyat vasitəsini təmir edən Çolpı kənd sakini Təbriz Bayramov zərbənin təsirindən hadisə yerində ölüb.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
16.09.2026 - 22:25
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
16.09.2026 - 18:48
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
16.09.2026 - 17:52
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
16.09.2026 - 15:53
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
16.09.2026 - 15:04
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
16.09.2026 - 13:40
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada
16.09.2026 - 13:33
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
14.09.2026 - 10:28