"Maşın" şounun yayımı dayandı - SƏBƏB (Video)
“Maşın” şounun yayımında ciddi problem yaşanıb.
Minval.info-nun xəbərinə görə, artıq 30 dəqiqədən çoxdur ki, yarışmanın yayımı dayandırılıb.
Sponsorları ilə zəngin olan şou adətən efirdə yayımlanarkan reklam araları qısa çəkir. Bu dəfə isə əksinə telekanalda daha çox reklama yer ayrılıb.
Bu səbəbdən dərhal bir sıra iddialar ortaya atılıb. Belə ki, iştirakçıların səhhətində problem yarandığından, eyni zamanda verilişin efirə buraxılmasına qadağa qoyulduğundan reklamın uzun çəkdiyi deyilirdi.
Xeyli aradan sonra şou efirə qayıdıb, lakin yenidən canlı yayımda problem yarandığından veriliş yarıda kəsilib.
“M-Qrup” Prodakşnın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli minval.info-ya açıqlamasında bildirib ki, şounun yarıda kəsilməsi ATV-də olan texniki problemlərlə bağlıdır.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Bundan əlavə, telekanalda reklam verilərkən ekranın aşağı hissəsində yarışmanın bir neçə dəqiqədən sonra efirdə yayımlanacağı qeyd edilib.
Hazırda “Maşın” şounun canlı yayımı bərpa olunub və Murad Dadaşovun təqdimatında davam edir.
Minval.info
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
https://www.youtube.com/watch?v=XnbqFM6UKpE&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı