Salyanda ailədaxili münaqişə faciə ilə nəticələndi
Baku.ws-ın məlumatına görə, Salyan rayonunda baş vermiş bıçaqlanma hadisəsi faciə ilə nəticələnib. Rayonun Sarvan kəndində bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri həyatını itirib.
Hadisə nəticəsində ailənin oğlu anasını, atasını və həyat yoldaşını bıçaqlayıb. Ana aldığı xəsarətlərdən dünyasını dəyişib, digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.
Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılar – 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızının vəziyyəti ağır olaraq qiymətləndirilir. Onlar üzərində cərrahi əməliyyatlar aparılır.
ƏLAQƏLİ
Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı
Hadisənin başvermə səbəbi hələlik məlum deyil və faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı
Bakırköy bələdiyyəsində korrupsiya əməliyyatı: 68 nəfər saxlanıldı
Türkiyədə faciə: Qasırğa kranı aşırdı, ölənlər var
Axtarışda olan "Survivor" iştirakçısı və aktyor Türkiyəyə gətirildi
Şri-Lankada göldə timsah 12 yaşlı məktəblini parçaladı
Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı
Tovuzda FHN əməkdaşları 7 aylıq körpəni xilas etdilər