Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı
Türkiyənin Antalya şəhərində baş verən faciəvi hadisə ilə bağlı yeni görüntülər ortaya çıxıb. Baku.ws-ın məlumatına görə, güclü burulğan şəhərin müşahidə terrasına və tikinti sahəsinə ciddi zərər verib.
Hadisə gecə saatlarında Kepez Bələdiyyəsinə aid müşahidə terrasında baş verib. Burada yerləşən masa, stul, çətir və zibil konteynerləri burulğanın təsiri ilə havaya sovrulub.
Bundan sonra burulğan Fevzi Çakmak məhəlləsindəki tikinti sahəsində fəhlələrin qaldığı iki konteyneri aşırıb. Nəticədə iki işçi dərhal hadisə yerində, daha iki nəfər isə xəstəxanada həyatını itirib.
Hadisə zamanı yaralanan daha bir işçinin müalicəsi davam edir. Bu faciəvi hadisə bölgədə böyük üzüntü ilə qarşılanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakırköy bələdiyyəsində korrupsiya əməliyyatı: 68 nəfər saxlanıldı
Türkiyədə faciə: Qasırğa kranı aşırdı, ölənlər var
Axtarışda olan "Survivor" iştirakçısı və aktyor Türkiyəyə gətirildi
Şri-Lankada göldə timsah 12 yaşlı məktəblini parçaladı
Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı
Tovuzda FHN əməkdaşları 7 aylıq körpəni xilas etdilər
Bakıda qətl hadisəsindən öncə Ceyhunun qızına elçi gələcəkmiş