Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur"
Abşeron rayonunun Masazır kəndində yaşayanlar uzun müddətdir ki, yol şəraitindən narazıdırlar. Cantəpə yaşayış massivinin Nəsimi küçəsi, Masazırı Binəqədi rayonu ilə birləşdirən əsas yollardan biri olmasına baxmayaraq, hələ də tam təmir olunmayıb.
Minval.info xəbər verir ki, ərazidə aparılan müşahidələr nəticəsində küçənin bir hissəsinin asfaltlandığı, digər hissəsinin isə torpaq yol olaraq qaldığı müəyyən edilib. Sakinlər öz vəsaitləri hesabına müəyyən işlər görsələr də, bu, problemi tam aradan qaldırmayıb.
Yağışlı havalarda küçədə su və palçıq yığılır, bəzən isə yağış suları həyətlərə dolur. Yay aylarında isə torpaq yoldan qalxan toz sakinlərin gündəlik həyatını çətinləşdirir. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, maliyyə çatışmazlığı səbəbindən işlərin təxirə salındığı bildirilib.
ƏLAQƏLİ
Qaz xərclərini azaltmaq üçün kombi və radiatorların yoxlanması vacibdir
Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kənd və qəsəbələrdəki daxili küçələr mərhələli şəkildə asfaltlanır və Nəsimi küçəsinin də növbəti il ərzində asfaltlanması planlaşdırılır.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaz xərclərini azaltmaq üçün kombi və radiatorların yoxlanması vacibdir
Bloger "Bolt" sürücülərindən narazılığını bildirdi
Əlilliyi olan gənclər üçün yardımların sürətləndirilməsi təklif olunur
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar