"Marsel" - "Qalatasaray" oyununda yaşananlara görə 5 azarkeş saxlanılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransanın “Marsel” və Türkiyənin “Qalatasaray” komandaları arasındakı oyunda baş verən hadisələrə görə 5 nəfər saxlanılıb.
Minval.info “France Presse” agentliyinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 3, meydan sahiblərinin isə 2 azarkeşi tutulub. Bundan başqa hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.
Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?