"Mançester Yunayted" Ronaldu ilə müqavilə imzalayıb

İngiltərənin “Mançester Yunayted” klubu yeni transferi Kriştianu Ronaldu ilə müqavilə imzalayıb.
“Minval.info” “qırmızı şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə 2 illik sözləşmə bağlanılıb.
Portuqaliyalı forvard “Mançester Yunayted”i hər zaman ürəyində xüsusi yerə sahib olan klub kimi dəyərləndirib: “Ötən həftənin cümə günü transfer elan edildikdən sonra aldğım bütün mesajlar məni çox təsirləndirdi. “Old Trafford”da dolu tribunaların qarşısında oynamağı və azarkeşləri bir daha görməyi səbirsizliklə gözləyirəm. Milli komandaların beynəlxalq oyunlarından sonra kollektivə qoşulacağam. Ümid edirəm ki, çox uğurlu mövsüm keçirəcəyik”.
Qeyd edək ki, son klubu İtaliya “Yuventus”u olan Kriştianu Ronaldu 2003 – 2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?