"Mançester Siti"dən 90 milyonluq transfer
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yayda heyətə iki cinah müdafiəçisi cəlb etmək istəyir.
Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, mütəxəssis “Lester”dən sol cinah müdafiəçisi Ben Kilvell və “Kristal Palas”dan sac cinah müdafiəçisi Aaron Van-Bissakanı transfer siyahısına salıb.
İki futbolçu üçün “Mançester Siti” 90 milyon avro xərcləməsi gözlənilir. Belə ki, Ben Kilvell üçün 55, Aaron Van-Bissaka üçün isə 35 milyon avro ödənilə bilər.
22 yaşlı Ben Kilvell bu mövsüm “Lester”in heyətində 24 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” ona 25 milyon avro qiymət qoyub.
21 yaşlı Aaron Van-Bissaka isə “Kristal Palas”ın heyətində meydana çıxdığı 27 qarşılaşmada 2 qol ötürməsi ilə yadda qalıb. “Transfermarkt” onun üçün 10 milyon avro qiymət müəyyənləşdirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda oynamış futbolçu həbs olundu - 1 ton narkotik...
Məmmədyarov Kasparovu yenə mat etdi
Ərdoğan anbaan bu matçları izləyir
Qurban Qurbanov: "Bizə son variant kimi baxırlar" - MÜSAHİBƏ
Əfran İsmayılov əməliyyat olundu - Foto
Ronaldo zorlama xəbərinə görə "Spiegel"i məhkəmyə verir