Mama-ginekoloq: "Süd verən qadınların peyvənd olunması məsləhət görülmür"
“Dünyaya yenicə uşaq gətirmiş qadınların vaksinasiyası barədə ziddiyyətli fikirlər mövcuddur. Əgər qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda vaksinasiya oluna bilər”.
“Minval.info” xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) I Mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.
Onun sözlərinə görə, doğuşdan sonrakı dövrdə qadının bir qədər zəiflədiyini nəzərə almaq lazımdır: “Əgər zahılıq dövrü bitdikdən sonra ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!