Maksim Medvedev: "Hər kəs penalti epizodunda nələrin baş verdiyini görüb"
“Bu oyuna kimi çox uzun və ağır yol keçdik. İrəli çıxmağımıza mane olan çox səbəb var idi. İndi bəlkə də emosiyaların təsiri altındayam. Ona görə də çox şey demək istəmirəm”.
“Report”un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın kapitanı Maksim Medvedev “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.
32 yaşlı müdafiəçi çempionluq münasibəti ilə rəqibi təbrik edib: “Ümid edirəm ki, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edəcək və ölkəmizin reytinqini artıracaqlar”.
Medvedev qarşılaşmadakı mübahisəli penalti epizodları haqqında isə çox danışmaq istəməyib: “Qarşılaşma gedə-gedə nələrin baş verdiyini deyə bilmərəm. Oyunun təkrarına baxanda bütün camaat görür ki, əslində nələr baş verib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Real"ın ulduzundan qalmaqallı açıqlama: "Məni öldürmək istəyirlər"
"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub
Qəlyanla fotosunu sosial şəbəkədə paylaşan milli üzvünə xəbərdarlıq edəcək
Pekin-2022: İdmançılar koronavirusa görə diskvalifikasiya edilməyəcək
Baş məşqçisi Renatı tərfilədi - "Onun böyük ürəyi var"
Ramil Şeydayev: "Trabzonspor"a gedişim ən yaxşı qərarım deyildi" - MÜSAHİBƏ
Ronaldu "Yuventus"dan "Real"ın bu futbolçusunu almağı xahiş edib