Mahir Mədətov danışdı: Məni niyə fitə basdıqlarını anlamıram - Video
Mahir Mədətov fitə basılmağından danışıb.
Azxeber.com xəbər verir ki, İctimai televiziyada yayımlanan “Bol idman” verilişinin qonağı olan Mahir Mədətov fitə basılmağından danışıb.
O, aparıcının ona ünvanlaığı “sizi niyə fitə basırlar” sualına, gülərək cavab verib: “Niyə fitə basıldığımı bilmirəm. Ancaq əsas haqqımda mənfi yazılanlar haqda deyə bilərəm ki, “Arsenal” ilə oyundan sonra niyə belə etdiklərini anlamıram”.
Sosial şəbəkə hesabında paylaşdıqlarına görə qınanıldığını deyən futbolçu, daha paylaşım etmədiyini deyib: “Arsenal” ilə oyundan əvvəl Qurban müəllim sosial şəbəkədən isifadə etməyimi qadağan etdi. Paylaşımlarına gəldikde isə, düşünürəm “Şerif”le oyunan sonra emosiyalae qapılıb, yanlış etmişdim”.
Qeyd edək ki, dünən Azərbaycan -Malta arasında keçirilən oyunda qol vura bilməyən Mahir Mədətov fitə basılıb. Bundan təsirlənən futbolçu oyundan sonra ağlayıb.
https://youtu.be/UfQB8B6KHJM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Roza Zərgərlinin oğluna niyə ev verilib?
Cəbhədən videosu yayılan əsgərlə bağlı universitetdən reaksiya gəldi
Həbib Nurməhəmmədov qələbəsi barədə danışdı
Almaniya koronavirusa görə Azərbaycanı riskli ölkələr siyahısına salıb
Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan - VİDEO