Mahir Emrelinin “Lester” zəfərindən sonra geyindiyi köynək gündəm oldu - FOTO

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycanlı futbolçu Mahir Emreli UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Lester”lə qarşılaşmada diqqət mərkəzinə düşüb.
Həmyerlimiz vurduğu və “Legiya”ya qələbə gətirən qolu ilə yanaşı, həmçinin oyunun sonunda çıxış edərkən geyindiyi köynəklə gündəmə gəlib.
Belə ki, Mahirin qarşılaşma bitdikdən sonra mətbuata açıqlama verərkən geyindiyi köynəyin üzərində qarşılaşmanın hesabı yazılıb. Köynəyin üzərində eyni zamanda “Legiya”-“Lester” oyunun tarixi də əks olunub. Sosial şəbəkədə yayılan foto birmənalı qarşılanmayıb. Bir çoxları bu cür köynəklərin hazırlanmasının çox qısa zaman çəkdiyini qeyd etdiyi halda, oyunla bağlı digər “ssenari”ləri dəstəkləyənlər də ortaya çıxıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
