Mahir Emreli “Legiya”da gözdən düşür

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”dakı mövqeyini itirmək təhlükəsi ilə üzləşib.
Minval.info xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı forvardın, xüsusən də Polşa çempionatında “dişsiz” görünməsi baş məşqçi Çeslav Mixneviçi narazı salır. Ötən həftəsonu “Lex” önündə zəif performans sərgiləyən Emrelinin artıq bu gün Avropa Liqasında “Napoli” ilə keçiriləcək səfər matçına ehtiyatda başlayacağı iddia olunub.
Çalışdırıcı start heyətində gənc hücumçu Kaçper Kostorza şans verməyi planlaşdırır. “Legiya”nın heyətində Polşa kubokunda yalnız iki matçda iştirak edən 22 yaşlı forvardın özünü doğrultması Emrelinin Varşava təmsilçisindəki işini çətinləşdirə bilər.
Qeyd edək ki, “Napoli” – “Legiya” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?