Mahir Emreli hücuma məruz qaldığı üçün "Legiya"dan ayrılmağa qərar verib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubundan ayrılmaq istəyir.
Minval.info “Sportfakty” saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.
Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.
Emrelinin növbəti tur “Zaqlembe” ilə matçda iştirakı gözlənilmir.
Qeyd edək ki, fanatlar “Visla” ilə görüşdən sonra “Legiya”nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4