Mahir Emreli: "Çərçivəni görən kimi topa zərbə vurdum"
“Hələ matçdan əvvəl demişdim ki, bu oyundan tək azarkeşlər yox, futbolçular da zövq almalıdır. Bu, cəmi 90 dəqiqəlik şou idi”.
“Minval.info”un məlumatına görə, bunu Polşa “Legiya”sının futbolçusu Mahir Emreli evdə İngiltərə “Lester”inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Görüşdə yeganə qolun müəllifi olan 24 yaşlı hücumçu komandasına qələbə qazandırdığı üçün xoşbəxt olduğunu söyləyib: “Yaxşı oynadıq, sonadək mübarizə apardıq və 3 xal əldə etdik. Hər kəi təbrik edirəm. Qolu necə vurdum? Çərçivəni görən kimi topa zərbə vurdum. Belə də lazım idi. Kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, qalib gəldik”.
Azərbaycan millisinin hücumçusu bildirib ki, qarşılaşmadan öncə heç bir komanda yoldaşı rəqibdən çəkinmirdi: “Əlbəttə, onlara hörmət edirik. “Lester” əla komandadır. Amma müasir futbolda hər şey mümkündür. Hamımız eyni fikirdə idik: biz illərdir gözlədiyimiz şey uğrunda mübarizə aparırıq. Topdan zövq alan işlər də qaydasında gedir”.
Qeyd edək ki, “Legiya” ilk 2 turdan sonra maksimum nəticə ilə C qrupuna başçılıq edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Qarabağ"-"Marsel" oyununa nə qədər bilet satılıb? - AÇIQLAMA
Ronaldonun transfer qiyməti açıqlandı - Fantastik məbləğ
Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı
APOEL-in futbolusu: "Stadionun dolu olması bizi qorxutmur, çünki..." - FOTO
Ərdoğan anbaan bu matçları izləyir
“Beşiktaş” derbidən imtina etdi
Dünyanın ən bahalı futbolçularının adları açıqlandı