04.12.2018 - 12:10
İdman 2 baxış

Məsut Özil İtaliyaya transfer olunur

“İnter” “Arsenal”ın futbolçusu Məsut Özili transfer etmək üçün hərəkətə keçib.

Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, Milan klubu son dövrlər Premyer Liqa təmsilçisində heyətə düşməkdə çətinlik çəkən türk əsilli futbolçunun transferini qışda həll etmək istəyir. Məsutun İtaliyaya gedə biləcəyi deyilir.

Qeyd edək ki, “Arsenal”la 2021-ci ilə qədər müqaviləsi olan 30 yaşlı yarımmüdafiəçi bu mövsüm 12 rəsmi matça çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Türk əsilli futbolçu əvvəllər Almaniyanın “Şalke 04”, “Verder” və İspaniyanın “Real” klublarında çıxış edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: