Məşhurlardan Pərvinin "Maşın"dan getməsinə münasibət: "... kişiciklərə"
“Maşın” şounun 16-cı buraxılışı gözlənilməz hadisələrlə yadda qalıb.
Belə ki, səsverməyə çıxan Uran səs toplayıb oyundan Pərvin Abıyevanı çıxarmaq fikrində idi. Lakin Roza Zərgərli Aytən Səfərova və Pərvin Abıyevaya üz tutaraq, “Kim əlini mənə görə maşından götürər?”, “Kim əsl dostdur?” deyib. Buna cavab olaraq Pərvin əlini maşından götürüb və bildirib ki, o, heç vaxt ikiüzlü oyun aparmayıb.
Abıyevanın bu jestinə bəzi məşhurlar biganə qala bilməyiblər. Onlar hisslərini sosial mediada bölüşüblər.
Aktyor Cavidan Novruz aktrisa ilə birgə çəkilmiş şəkli paylaşaraq yazıb:
“Qara pələngim, panteram mənim, ordakılara və bəzilərinə kişilik dərsi keçdin”.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT

Rejissor Kənan Mahmudov da Abıyevanın addımı alqışlayıb:
“Mənim dişi aslanım, birdənəsən, düz elədin. Aslanlar tək-tək gəzər. Pərvin Abıyeva sən 100000000 kişiciklərə dəyərsən. Hər kəsə sənin kimi mərd dost arzu edirəm”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı