09.11.2018 - 13:21
İdman
48 baxış
Məşhur futbolçunun ayağı sındı (VİDEO)
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin “Arsenal” klubunun futbolçusu Denni Uelbek ağır zədə alıb.
Qaynarinfo xəbər verir ki, 27 yaşlı forvard Avroliqanın qrup mərhələsinin IV turunda Londonda “Sportinq”lə keçirilən matçın (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında hava mübarizəsindən sonra yerə uğursuz düşən ingiltərəli oyunçu görüşü davam etdirə bilməyib. O, oksigen maskası ilə meydanı tərk edib və xəstəxanaya aparılıb.
Görüşdən sonra komandanın baş məşqçisi Unay Emeri Uelbekin ayaq biləyində qırıq aşkarlandığını bildirib.
Qeyd edək ki, “Arsenal” – “Sportinq” matçı qolsuz bərabərliklə başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51