Məşhur fotoqraf Parisdə küçədə donaraq öldü
Məşhur fotoqraf Rene Rober Parisin mərkəzi küçələrinin birində donaraq ölüb.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı fotoqrafın yaxın dostu, jurnalist və musiqiçi Mişel Momponte “RTL” radiosunun efirində açıqlayıb.
Onun sözlərinə görə, 84 yaşlı Rene Rober axşam saatlarında küçədə gedərkən özünü pis hiss edib və yıxılıb. Başından zərbə alan fotoqraf 5 saatdan çox səkinin üzərində qalıb.
Ətrafdan keçən insanlar isə ona yaxınlaşmayıb. Küçədə yaşayan bir kişi ona yaxınlaşdıqda artıq çox gec olub. Polisə hadisə barədə məlumatı məhz həmin şəxs verib.
Qeyd edək ki, Rene Rober 1936-cı ildə İsveçrədə anadan olub. O, 1960-cı illərdə Parisə köçüb. Onun flamenko rəqqaslarının fotoları böyük populyarlıq qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!