Məscidlərdə iş yerləri açıldı: Vakant vəzifələrin siyahısı
Azərbaycanda bir sıra məscidlərdə vakant vəzifələr üçün müsahibə elan olunub. Bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yayıb.
Minval.info xəbər verir ki, ölkənin müxtəlif bölgələrində yerləşən ibadət yerləri və ziyarətgahlarda işə qəbul üçün müsahibələr keçiriləcək. Vakansiyalar arasında Bakı şəhəri Yasamal rayonundakı Yasamal Hüseyniyyəsi ibadət evində 1 yer, Binəqədi rayonundakı İmam Əli məscidində 1 yer mövcuddur.
Bundan əlavə, Xaçmaz rayonunun Xudat şəhərindəki İmam Hüseyn məscidində 2, Mingəçevir şəhərindəki Heydər məscidində 1, Kürdəmir rayonunun Sığırlı kəndindəki Fatimeyi-Zəhra məscidində 1, Cəlilabad rayonunun Göytəpə şəhərindəki İmam Zaman məscidində 1, Masallı rayonunun Boradigah qəsəbə və Qızılavar kənd məscidlərində isə hər birində 1 yer olmaqla vakansiyalar mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq
Təhsil işçiləri Beynəlxalq Müəllimlər Günündə təltif edilib
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı