Həyətyanı torpaqlara çıxarış almaq mümkün olacaq
Azərbaycanda bəzi vətəndaşların həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə mane olan hüquqi boşluğun aradan qaldırılması təklif edilir. Publika.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair hazırlanmış plan-ölçü sənədləri mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas sayılacaq.
Belə ki, 2006-cı il iyulun 6-dək vətəndaşlara torpaq sahələri ilə bağlı mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr verilirdi. Sonradan bu sənədlərin hazırlanması dayandırılıb, onların əvəzinə plan-ölçü sənədləri tərtib edilməyə başlanılıb.
Ancaq plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, həmin sənədi alan vətəndaşlar torpaq sahələrinə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilməyiblər.
Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və 2006–2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan-ölçüsü hazırlanmış həyətyanı torpaq sahələrində də mövcuddur. Təklif olunan dəyişiklik bu kateqoriyadan olan torpaq sahələri üzrə plan-ölçü sənədinin hüquqi statusunu müəyyənləşdirməklə mülkiyyət hüququnun rəsmiləşdirilməsinə şərait yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əhalisi artaraq 10 milyon 282 min nəfəri keçdi
Soltanlı kəndinə daha 16 ailə geri qayıtdı
2027-ci ildən dövlət qurumlarına qəbul qaydaları dəyişir
Məleykə Abbaszadə DİM-dən ayrıldı, rektor təyin edildi
Noyabrın 19-da Bakıda hava mülayim və yağmursuz olacaq
Bu mənzillər vergidən azad ediləcək