2027-ci ildən dövlət qurumlarına qəbul qaydaları dəyişir
Baku.ws-ın məlumatına görə, 2027-ci ildən etibarən dövlət qulluğu və digər dövlət qurumlarına qəbul imtahanlarının strukturu dəyişəcək. Bu dəyişikliklər çərçivəsində Azərbaycan dili və informatika fənləri imtahanlardan çıxarılaraq, yerinə emosional intellekt üzrə suallar əlavə ediləcək.
Yeni modelə əsasən, dövlət qulluğu namizədlərinə ümumilikdə 100 sual təqdim olunacaq. Bu suallardan 50-si qanunvericilik, 30-u məntiq, 20-si isə emosional intellekt üzrə olacaq. Bu bölgü, 2026-cı ildə keçirilən imtahanlardan sonrakı dövr üçün nəzərdə tutulub.
Xüsusi İcra Məmurları və Xidmət Daxili Məmur istiqamətləri üzrə qəbul imtahanlarında isə dünyagörüşü sualları da əhatə olunacaq. Bu imtahanların test mərhələsində namizədlərə qanunvericilik, məntiq və dünyagörüşü üzrə bilikləri yoxlanılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qəbul imtahanlarını iki mərhələdə keçirəcək. Birinci mərhələdə qanunvericilik, dünyagörüşü və məntiq üzrə biliklər, ikinci mərhələdə isə xarici dil bacarıqları qiymətləndiriləcək. IELTS imtahanından 7.0 və daha yüksək bal toplayanlar ikinci mərhələdən azad olunacaqlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qəbul imtahanlarına dair dəqiq məlumatlar hələlik açıqlanmayıb. Lakin əvvəlki imtahanlarda namizədlərə 100 qapalı tipli sual təqdim olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Soltanlı kəndinə daha 16 ailə geri qayıtdı
Məleykə Abbaszadə DİM-dən ayrıldı, rektor təyin edildi
Noyabrın 19-da Bakıda hava mülayim və yağmursuz olacaq
Bu mənzillər vergidən azad ediləcək
Azərbaycan Almaniyaya reysləri artırmağı planlaşdırır
18 noyabrda hava necə olacaq?