“Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır”
“Bəzi yerlərdə küçələrdə qara bayraqlar asırlar. Heç bilinmir ki, üstünə nə yazılıb. Azərbaycanın dövlət bayrağı var, bayrağımızın üzərində yaşıl rəng İslamın rəmzidir. Ona görə də hər yerdə Azərbaycan bayrağı asılmalıdır. Bunu təbliğ etmək lazımdır”.
Minval.İnfo report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov “Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda keçirilən konfransda deyib.
A.Cavadov qeyd edib ki, məscidlərdə, küçələrdə Azərbaycanın dövlət bayrağı dalğalanmalıdır: “Bir müddət öncə, rayonların birinə getmişdik, küçələr qara bayrağa bürünmüşdü. Bu nə deməkdir? Bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar İslam dininin mahiyyətini anlamalıdırlar, bunun üçün də oxumaq vacibdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu