"Mərcan Medicare" klinikası cərimə edildi
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Nəsimi rayonu M.Cəfərov 12 ünvanında yerləşən “Mərcan Medicare” klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsan aşkarlanıb.
Minval.info xəbər verir ki, yoxlama zamanı klinikada dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və müvafiq temperatur rejiminə riayət etmədən, qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanılması faktı aşkar edilib.
Bundan başqa, klinikada lisenziyadan kənar “ginekoloji” iş, ekstrakorporal mayalandırma proseslərinin də icra olunduğu üzə çıxıb.
Yoxlama zamanı müəssisədə fəaliyyət göstərən Sonsuzluq Mərkəzində ekstrakorporal prosedurların keçirilməsi üçün nəzərdə tutulan tibbi avadanlıqların istehsal mənşəyini və qeydiyyata alınıb-alınmamasını müəyyənləşdirmək mümkün olmayıb.
Aparılan araşdırma zamanı Sonsuzluq Mərkəzində çalışanlar arasında tibb bacısı şəhadətnaməsi olmayanlar da üzə çıxıb.
Yoxlamanın yekununda klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.1; 221.1; 221.10-cu maddələri üzrə protokol tərtib edilib, klinika 6000 manat cərimə olunub.
Qeyd edək ki, klinikanın qanuni təmsilçisi Hüseynova Simuzər Elqar qızıdır.\xitab24.az\
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
Nyu-Yorkda qızılca halları artdığı üçün fövqəladə vəziyyət elan edildi