"Məni yeni Kadiyə çevirdiniz" - Forvard "Qarabağ"la vidalaşdı
“Qarabağ”dan ayrılaraq Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges Ağdam təmsilçisi ilə vidalaşıb.
Minval.info xəbər verir ki, braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında yazıb:
“Bir gün hər şeyin bitdiyi kimi, bu mərhələ də indi bağlanır. Fikirlərimizi sözlə ifadə etmək istəsəm, sətirlə əskik olacaq. Azərbaycanda yaşadıqlarım indiyə qədər həyatımın ən çılğın və gözəl şeylərindən biri idi.
Forma geyindiyim müddətdə mənə hər şey verən, yanımda olan oyunçulara və məşqçilər heyətinə ürəkdən təşəkkür edirəm. “Qarabağ”a nə qədər təşəkkür etsəm, azdır. Hər birinizə Kadini yeni bir Kadiyə çevirdiyiniz üçün minnətdaram. Klubda etdiyim hər şeyə, 74 oyun, 28 qol, 28 məhsuldar ötürmə, liqa çempionluğu, kubok çempionu, ən yaxşı bombardir və ən yaxşı oyunçu kimi klubdan ayrılıram. Başımı dik tutumuşam”.
Kadi həmişə Azərbaycan dilində zarafatla işlətdiyi “Nuş olsun” ifadəsini yazmağı daunutmayıb: “Təsəvvür etmədiyim dərəcədə məni qucaqlayan fanatlara xüsusi təşəkkür edirəm. Həyatımda bənzərsiz bir yeriniz oldu. Mən, həyat yoldaşım, ailəm sizinlə keçirdiyimiz hər anı evimizdə xüsusi yerdə yaşadacağıq. Bu gün karyeramda yeni çağırışa və dönəmə keçirəm. Şükür edirəm. Tanrısız bunların mümkün olmadığına əminəm. “Qarabağa”, oyunçulara, məşqçilərə və azarkeşlərə sevgi və sonsuz ehtiramımı bildirirəm. Yenidən görüşmək ümidilə. Nuş olsun”.
Kadi “Qarabağ”dan ayrılmağı ilə bağlı mətbuatda yayılan informasiyaların doğru olmadığını bildirib: “Çıxan hər xəbərə inanmayın. Bu kanalların heç biri həqiqəti demir. Bir gün hər şeyi izah edəcəyəm və sizə əslində nə baş verdiyini danışacağam”.
Qeyd edək ki, Kadi 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. O, bu mövsüm 31 oyunda 8 qol vurub və 11 qolun ötürməsini verib. “Krasnodar” braziliyalı oyunçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mesut karyerasının bitirdi: "Qələbə qazananda alman, uduzanda köçkün oluram"
Futbol matçı zamanı meydançaya tualet kağızları atdılar - VİDEO
Azərbaycanda üç futbol komandası ləğv olundu
"Qarabağın" qapıçısı: "Penaltilər seriyasına hazıram"
2 saat ərzində 17 oyunçu aldılar
İlon Mask ilə necə pul qazanmaq olar?
"Qarabağ"ın rəqibləri bəlli oldu - Siyahı