"Məni kim polisə çağıra bilər?" - Deputat
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli gəlini Beruzova Zərifə Beruz qızının dələduzluqda ittiham olunması ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Minval.info xəbər verir ki, Hadi Rəcəbli yayılan xəbərə münasibət bildirib. O, “ölkə.az”a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər tamamilə yalandır:
“Bu yalan da Avstriyada qeydiyyatdan keçən bir səhifədən götürülmüşdü. Həmin məsələ 2 il əvvəl gündəmə gətirilən zaman Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbəri təkzib etmişdi. Bu barədə nə Daxili İşlər Nazirliyində, nə Suraxanı polisində heç bir məlumat yoxdur.
Jurnalistlərə də məsləhət görürəm ki, Daxili İşlər Nazirliyi və Suraxı polisi ilə əlaqə saxlayıb məsələ barədə dəqiq məlumatı öyrənsinlər”.
Komitə sədri onun polisə çağırılması barədə xəbər yazan jurnalistləri də təhqir edib:
“Görün bunu yazan jurnalistlərin səviyyəsi nə qədər aşağıdır ki, deyirlər Hadi Rəcəblini polisə çağırıblar. Axı məni kim polisə çağıra bilər? Mənim toxunulmazlıq hüququm var. Mənim polisə çağırılmağım üçün gərək Milli Məclis qərar qəbul etsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun