"Mən tək, siz hamınız" - Qurbanov ermənipərəstlərə meydan oxudu

Jurnalist Ceyhun Rzayev Kiprdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribatdan danışıb.
Minval.info xəbər verir ki, Kiprə ezam olunmuş media nümayəndəsi meydanda yaşananları belə şərh edib:
“Stadionda azarkeşlər bizimkiləri söyür, meydana müxtəlif əşyalar atır, AEL-in nümayəndəsi və futbolçusu Qurban Qurbanovun üzərinə yeriyir. Aranın qarışdığını görən hakim oyunu saxladı. Hamı tuneldən içəri daxil olub paltardəyişmə otağına yollandı. Bizimkilər də, kiprlilər də. Bir də nə görsəm yaxşıdır? Qurban müəllim meydandadır. Tək özü, yanında heç kim yox. Dik duruşla, qartal baxışla minlərlə ermənipərəst yunana baxırdı. Qürurverici, fəxrediləsi mənzərə idi. Adam bütün yunan Kiprinə meydan oxudu: Mən tək, siz hamınız! Ruslar da bir ifadə var – лицо нации. Qurban Qurbanov millətin siması, fəxarət tablosudur!”
Xatırladaq ki, Konfrans Liqası turniri çərçivəsində “Qarabağ” səfərdə AEL-in qonağı olub. Təmsilçimiz səfərdə heç-heçə elə sərfəli nəticə əldə edib (1:1).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo köhnə sevgilisi barədə “Təəssüf ki…
Arda Turan 2-ci liqada - İddia
"Qalatasaray" - "Beşiktaş" - Kim qalib gələcək? (STATİSTİKA)
Nurməhəmmədov həmkarı ilə əlbəyaxa oldu - Video
Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq
Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək
Rəşad Sadıqov istefa verdi