Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək
“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”.
“Minval.info” xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.
O qeyd edib ki, hazırda həmin qrupların sayı ölkədəki 1-5 yaşlı uşaqları tam əhatə etmir: “Ona görə də məktəblərdə belə qrupların yaradılması məhz həmin boşluğu doldurmaq məqsədi daşıyır. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 95 % olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.
V.Yaqublu bildirib ki, məktəblərdə çalışan müəllimlərin bağçada işləməsi üçün məhz bu sahədə təhsil almalıdırlar.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır
Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!
Finlandiyalı fenomen estetik əməliyyatda həyatını itirdi
Peşə məktəblərinə qəbulun son şansı başladı